"Atletiko"nun müdafiəçisi "Barselona"ya keçə bilər

İdman

419

"Atletiko"nun müdafiəçisi "Barselona"ya keçə bilər"Atletiko"nun müdafiəçisi Filipe Luis karyerasını "Barselona"da davam etdirə bilər.

Conflict.az-ın "Mundo Deportivo" nəşrinə istinadən yaydığı xəbərə görə, Kataloniya klubu bu mövsümün sonunda Madrid təmsilçisi ilə müqaviləsi başa çatacaq futbolçunu heyətinə qatmaq istəyir. Braziliyalı oyunçunun özünün də "Barselona"ya keçməkdə maraqlı olduğu bildirilir. Eyni zamanda, "Atletiko"nun Luislə yeni müqavilə bağlamaq istədiyi də iddia olunur.

Qeyd edək ki, təcrübəli müdafiəçi bu mövsüm La Liqada meydana çıxdığı 15 qarşılaşmada 2 qol vurub və 1 məhsuldar ötürmə edib.