Sizin reklam burada
Sizin reklam burada

İlham Əliyevin əməkdar məşqçi ilə - Dialoqu

İlham Əliyevin əməkdar məşqçi ilə - DialoquXəbər verdiyimiz kimi, Prezident İlham Əliyev bu gün Beyləqana səfər edib və Beyləqan Olimpiya İdman Kompleksinin açılışında iştirak edib.

Axar.az xəbər verir ki, Prezidentin burada Yunan-Roma güləşi üzrə Əməkdar məşqçi Kamil Fərzəliyevlə dialoqu baş tutub.

Sözügedən dialoqu təqdim edirik:

K.Fərzəliyev: Möhtərəm cənab Prezident, Sizə minnətdarlığımızı bildiririk. Mən yunan-Roma güləşi üzrə Əməkdar məşqçiyəm. Böyük bir kompleksi bizə hədiyyə etdiyiniz üçün Sizə minnətdarlığımızı bildiririk. Bu kompleksdə dünya və Avropa çempionlarımız var, əminəm ki, İnşallah, Olimpiya çempionumuz da olacaq. Sizə bir daha minnətdarlığımızı bildiririk. Allah Sizi qorusun.

Prezident İlham Əliyev: Sağ olun. Ümid edirik ki, Olimpiya Oyunlarında yaxşı nəticələr göstəriləcək.

Kamil Fərzəliyev: Allahın köməyi ilə. Mən Eldənizin adını çəkmək istərdim.

Prezident İlham Əliyev: Bəli, gözəl idmançıdır.

Kamil Fərzəliyev: Nailiyyətlər qazanmış digər idmançılarımız da var. Bir daha Sizə minnətdarlığımızı bildiririk.

Prezident İlham Əliyev: Sağ olun.

  • Sosial şəbəkədə paylaş