Sizin reklam burada
Sizin reklam burada

Ronaldo ilə bağlı təcavüz iddiası: nümunələr...

Ronaldo ilə bağlı təcavüz iddiası: nümunələr...Las-Veqas polisi İtaliyanın “Yuventus” klubunun hücumçusu Kristiano Ronaldodan DNT nümunələri götürülməsi üçün order verib.

Bu barədə “Vol Strit Jurnal” nəşri yazıb.

Hüquq-mühafizə orqanları bununla Ronaldoya qarşı keçmiş model Ketrin Mayorqun irəli sürdüyü təcavüz iddiası yoxlayacaqlar. Ketrin Mayorqun paltarından götürülmüş nümunələr Ronaldonun DNT nümunələri ilə tutuşdurulacaq. Sözügedən sənəd artıq İtaliyanın məhkəmə orqanlarına göndərilib.

Qeyd edək ki, keçmiş model Ketrin Mayorq Ronaldonu təcavüzdə ittiham edib. Ronaldonun keçmiş sevgilisi Jasmin Lennard isə Mayorqun sözlərinə dəstək verərək, Ronaldonun psixoloji vəziyyətinin qaydasında olmadığını bildirib.

  • Sosial şəbəkədə paylaş