FİFA rəsmisi saxlanıldı

İdman

364

FİFA rəsmisi saxlanıldıAsiya Beynəlxalq Arbitraj Mərkəzinin direktoru (AIAC) və FİFA-nın Etika Komitəsinin sədri Sundra Raco korrupsiyada şübhəli bilindiyi üçün saxlanılıb.

O, Malayziyada Korrupsiyaya qarşı Mübarizə Komissiyası tərəfindən tutulub.

Hakim məhkəmədə komitə sədrinin diplomatik toxunulmazlığı və imtiyazları olduğunu qəbul edib və S.Raco sərbəst buraxılıb.

Korrupsiyaya qarşı Mübarizə Komissiyası məsələ ilə bağlı araşdırmanı davam etdirəcək.

S.Racoya qarşı istintaqın təfərrüatı açıqlanmır. O, saxlanıldıqdan sonra AIAC-ın direktoru postundan istefa verib.