Polisə zəng: Makqreqoram, Həbib məni döydü...

İdman

376

 Polisə zəng: Makqreqoram, Həbib məni döydü...Rusiyanın Ufa şəhərində qəribə hadisə baş verib.

Axar.az xəbər verir ki, adı açıqlanmayan şəxs polisə zəng edərək özünü Konor Makqreqor kimi təqdim edib və Həbib Nurməhəmmədov tərəfindən döyüldüyünü bildirib.

Polisin məlumatına görə, həmin şəxs qeydiyyata alınıb və zəruri tədbirlər görüləcək.

Məsələ ilə bağlı ətraflı məlumat verilmir.

Qeyd edək ki, bazar günü dağıstanlı idmançı Həbib Nurməhəmmədov Makqreqor üzərində parlaq qələbə qazanaraq adını tarixə yazdırmağı bacarıb.