“Qalatasaray” “Portu”ya, “Barselona” “Tottenhem”ə qarşı

İdman

352

“Qalatasaray” “Portu”ya, “Barselona” “Tottenhem”ə qarşıBu gün futbol üzrə UEFA Çempionlar Liqasının qrup mərhələsində 2-ci tura yekun vurulacaq.

“Qafqazinfo” xəbər verir ki, ikinci oyun günündə də 8 qarşılaşma keçiriləcək.

Türkiyə çempionu “Qalatasaray” səfərdə “Portu” ilə üz-üzə gələcək.

Günün ən maraqlı görüşlərindən biri İngiltərədə yerli “Tottenhem”lə İspaniya çempionu “Barselona” arasında baş tutacaq.

“Napoli” - “Liverpul” matçına da maraq böyükdü.

UEFA Çempionlar Liqası
Qrup mərhələsi, 2-ci tur
3 oktyabr

A qrupu

23:00. Borussiya (Dortmund, Almaniya) - Monako (Fransa)
23:00. Atletiko (İspaniya) - Brügge (Belçika)

B qrupu

23:00. PSV (Hollandiya) - İnter (İtaliya)
23:00. Tottenhem (İngiltərə) - Barselona (İspaniya)

C qrupu

20:55. PSJ (Fransa) - Srvena Zvezda (Serbiya)
23:00. Napoli (İtaliya) - Liverpul (İngiltərə)

D qrupu

20:55. Lokomotiv (Moskva, Rusiya) - Şalke (Almaniya)
23:00. Portu (Portuqaliya) - Qalatasaray (Türkiyə)