Dario Srna “Şaxtyor”dan gedir - özü açıqladı

İdman

395

	  Dario Srna “Şaxtyor”dan gedir - özü açıqladı“Şaxtyor”un kapitanı Dario Srna komandadan ayrılacağını bildirib.

Qol.az-ın xəbərinə görə, xorvatiyalı müdafiəçi ölkəsinin mətbuatına açıqlamasında bu yay Donetsk klubunu tərk edəcəyini deyib.

36 yaşlı futbolçu artıq karyerasının sonuna yaxınlaşdığını və gənclərə yer verilməli olduğunu bildirib.

Qeyd edək ki, 2003-cü ildən “Şaxtyor”da çıxış edən Xorvatiya millisinin sabiq üzvü 10 dəfə Ukrayna çempionu, 8 dəfə ölkə kuboku və superkubokunu, 1 dəfə isə UEFA kubokunu qazanıb.