Zidan İnyestanı 5 dəqiqə gözlədi

İdman

288

Zidan İnyestanı 5 dəqiqə gözlədi"Real"ın baş məşqçisi Zinəddin Zidan "Barselona"nın futbolçusu Andres İnyesta ilə vidalaşıb.

İspaniya mətbuatının xəbərinə görə, fransalı mütəxəssis "El-Klassiko"dan (2:2) sonra mövsümün sonu Kataloniya klubundan ayrılacaq A.İnyesta ilə sağollaşmaq üçün təxminən 5 dəqiqə tuneldə gözləyib. 33 yaşlı yarımmüdafiəçi soyunub-geyinmə otağından çıxdıqdan sonra Zidan onunla sağollaşıb və qucaqlaşıb.

Qeyd edək ki, A.İnyesta mövsümün sonu "Barsa"dan ayrılacağını açıqlayıb.