"Mançester Siti" 63 il ərzində ilk dəfə "Arsenal", "Çelsi" və "MY"nı səfərdə məğlub edib

İdman

254

"Mançester Siti" 63 il ərzində ilk dəfə "Arsenal", "Çelsi" və "MY"nı səfərdə məğlub edib"Mançester Siti" futbol üzrə İngiltərə çempionatının 28-ci turunda səfərdə Londonun "Arsenal" klubunu məğlub edib.

Görüş qonaqların 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Matçda Bernardu Silva (15-ci dəqiqə), David Silva (28) və Leroy Sane (33) fərqlənib. "Arsenal"ın hücumçusu Pyer-Emerik Obameyanq 53-cü dəqiqədə rəqib qapısına təyin olunmuş 11 metrlik cərimə zərbəsini reallaşdıra bilməyib.

"Siti" bundan əvvəl səfər oyunlarında "Çelsi" və "Mançester Yunayted"i məğlub edib. Şəhərlilər sonuncu dəfə yüksək liqada belə bir nəticəyə 63 il əvvəl - 1954/55-ci illər mövsümündə nail olublar.

Conflict.az