Zidan: "Real"ın məğlubiyyətində mən günahkaram, bu mənim uğursuzluğumdur"

İdman

474

Zidan: "Real"ın məğlubiyyətində mən günahkaram, bu mənim uğursuzluğumdur" Madridin "Real" klubunun baş məşqçisi Zinəddin Zidan komandanın İspaniya Kubokunun ¼ finalında evdə "Leqanes"ə uduzaraq (1:2) mübarizəni dayandırmasına münasibət bildirib.

Fransalı mütəxəssis məğlubiyyətdə şəxsən özünü günahlandırıb.

"Aydındır ki, bu mənim şəxsi uğursuzluğumdur, çünki nəticəyə görə mən məsuliyyət daşıyıram. Bizim bugünkü oyunu yaxşı adlandırmaq olmaz, biz, xüsusilə birinci hissədə öz oyunumuzu oynamadıq və gərək olduğu kimi hərəkət etmədik.

Bu bütün bizim komanda üçün ağır gecə oldu. Biz, ilk növbədə isə mən bu məğlubiyyəti təhlil edəcəyəm, axı bu məğlubiyyətdə mən günahkaram. Bizim vəziyyəti düzəltmək üçün 90 dəqiqə vaxtımız var idi, amma biz bunu etmədik", - deyə "Marca" nəşri Zidanın sözlərini sitat gətirib.

Conflict.az