Sizin reklam burada
Sizin reklam burada

Onlar dünyadakı ən ciddi oğlanlardır

Onlar dünyadakı ən ciddi oğlanlardır
31 yaşlı amerikalı UFC döyüşçüsü Castin Qetji Həbib Nurməhəmmədovla döyüşü ərəfəsində rusiyalı idmançının azarkeşləri barədə danışıb.

Bu barədə “Championat” nəşri yazıb.

“Rusiyalı döyüşçü və idmançıları tanıyıram? Bir neçəsini tanıyıram. Ancaq onun azarkeşləri haqqında bir şeyi bilirəm: onlar dünyadakı ən ciddi oğlanlardır, ancaq onların göz yaşlarını axıtmaq asandır. Mən Həbibi yerə sərəndə onun minlərlə azarkeşi ağlayacaq. Öz azarkeşlərimə söz verə bilərəm ki, oktyabrın 24-də əsl təhlükə təşkil edəcəm və bu döyüşün bir hissəsi olacaq. 25 dəqiqəlik döyüş ərzində Həbib təhlükədə olacaq”, - deyə idmançı bildirib.

Xatırladaq ki, döyüş oktyabrın 24-də keçiriləcək.

Conflict.az

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ