AVRO-2020-yə ev sahibliyi hüququ Bakıdan alınır

İdman

84

AVRO-2020-yə ev sahibliyi hüququ Bakıdan alınır
AVRO-2020-nin formatı dəyişdirilə bilər.

Apasport.az saytının məlumatına görə, UEFA koronavirus pandemiyası üzündən yarışa ev sahibliyi edəcək şəhərlərin sayını azaltmaq niyyətindədir.

Hətta yarışın 1 ölkənin 4 stadionunda keçirilməsi variantı da müzakirə edilir. Bu, pandemiya dövründə komandaların az səfər etməsi məqsədilə atılacaq.

Bildirilib ki, Dağlıq Qarabağda baş verən hadisələrə görə Bakı, həmçinin Sankt-Peterburq siyahıdan çıxarılan ilk şəhərlər olacaq.

Qeyd edək ki, 12 ölkədə keçirilməli olan AVRO-2020 koronavirus səbəbindən 2021-ci ilə təxirə salınıb.

Conflict.az