"Hər şeyə mən qərar verirəm"

İdman

74

"Hər şeyə mən qərar verirəm"
"Qalib gəlməli olduğumuz oyun idi. İlk hissədə çoxlu imkanlarımız oldu, ancaq istifadə edə bilmədik. Fasilədən sonra da yaratdığımız imkanları dəyərləndirə bilmədik. Təbii ki, qol vurmadan qalib gəlmək olmur. Futbolçularım meydanda ürəklərini qoydular. Qrupdakı son şansımızdan istifadə etmək istəyirdik. Təəssüf ki, alınmadı".

Bunu UEFA Millətlər Liqası çərçivəsində Kipr yığması ilə qarşılaşan Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi oktyabrın 13-də oyundan sonra təşkil olunan mətbuat konfransında deyib.

İtaliyalı mütəxəssis bildirib ki, bu oyunda iki xal itirdik, nəinki 1 xal qazandıq. İlk hissədə hesab 3:0 ola bilərdi. Dediyim kimi, şanslardan istifadə edə bilmədik.

"Oyuna yaxşı köklənmişdik. Qalib gələcəyimizə inanırdıq. Qalib gəlsəydik, komandadakı əhval-ruhiyyə müsbət mənada dəyişə bilərdi. Müdafiədə səhv etməmək üçün çalışdıq hücumameylli futbol oynayaq, müdafiədən tez hücumlar təşkil edək. Komandada hər şeyə mən qərar verirəm. Penalti epizoduna gəlincə, Qara Qarayevin vurmasını mən istədim. Komandamızın kapitanıdır. İstədik ki, bu çətin vəziyyətdə penaltini o yerinə yetirsin”, - deyə baş məşqçi əlavə edib.

Qeyd edək ki, Ermənistan ordusunun ölkəmizə qarşı genişmiqyaslı hərbi təxribatları ilə əlaqədar Azərbaycan-Kipr matçı neytral meydanda - Albaniyadakı Elbasan şəhər stadionunda keçirilib və oyunda hesab açılmayıb.

Conflict.az