Bu gün "Qarabağ"ın rəqibi müəyyənləşəcək

İdman

162

Bu gün "Qarabağ"ın rəqibi müəyyənləşəcək
Bu gün UEFA Avropa Liqasında III təsnifat mərhələsinə yekun vurulacaq.

İkinci oyun günündə digər 34 qarşılaşma baş tutacaq. Azərbaycan təmsilçisi "Qarabağ"ın pley-off mərhələsindəki rəqibi də bəlli olacaq.

Ağdam klubu “Legiya” (Polşa) / “Drita” (Kosovo) cütünün qalibi ilə üz-üzə gələcək. Türkiyə təmsilçilərindən "Beşiktaş" Portuqaliyanın "Riu Ave", "Qalatasaray" isə Xorvatiyanın "Hayduk" komandasını qəbul edəcək. "Alanyaspor" Norveçdə "Rusenborq"un qonağı olacaq.

Avropa Liqası, III təsnifat mərhələsi

Çempionlar yolu
18:00. “Ararat-Armeniya” (Ermənistan) - “TSelye” (Sloveniya)
19:30. "KuPS" (Finlandiya) - “Suduva” (Litva)
21:00. “Riqa” (Latviya) - “Seltik” (Şotlandiya)
21:00. “Yurqorden” (İsveç) - ÇFR (Rumıniya)
22:00. “Klasksvik” (Farer adaları) - “Dinamo” (Tbilisi, Gürcüstan)
22:00. “Sarayevo” (Bosniya və Herseqovina) – “Buduçnost” (Monteneqro)
22:00. “Şerif” (Moldova) – "Dandolk" (İrlandiya)
22:30. “Floriana” (Malta) - “Flora” (Estoniya)
22:30. “Legiya” (Polşa) - “Drita” (Kosovo)

Əsas yol
20:00. “Fehervar” (Macarıstan) - “Reyms” (Fransa)
20:00. “Viktoriya” (Plzen, Çexiya) - "Sönderyüske" (Danimarka)
20:30. “Rostov” (Rusiya) - “Makkabi” (Hayfa, İsrail)
21:00. "Mura" (Sloveniya) - PSV (Niderland)
21:00. “Beşiktaş” (Türkiyə) - “Rio Ave” (Portuqaliya)
21:00. “Malmö” (İsveç) - “Lokomotiva” (Xorvatiya)
21:00. “Rusenborq” (Norveç) - “Alanyaspor” (Türkiyə)
21:00. “Şarlerua” (Belçika) - “Partizan” (Serbiya)
21:00. MOİK (Bolqarıstan) - B-36 (Farer adaları)
21:30. “Hapoel” (Beer-Şeva, İsrail) - “Motervell” (Şotlandiya)
21:30. “Styaua” (Rumıniya) - “Slovan” (Liberets, Çexiya)
22:00. “Kopenhagen” (Danimarka) - “Pyast” (Polşa)
22:00. “Qalatasaray” (Türkiyə) - “Hayduk” (Xorvatiya)
22:00. “Qranada” (İspaniya) - “Lokomotivi” (Gürcüstan)
22:00. “Şkendiya” (Şimali Makedoniya) - “Tottenhem” (İngiltərə)
22:00. “Standard” (Belçika) - “Voyvodina” (Serbiya)
22:00. APOEL (Kipr) - “Zrinski” (Bosniya və Herseqovina)
22:15. “Volfsburq” (Almaniya) - “Desna” (Ukrayna)
22:30. “Bazel” (İsveçrə) - “Anartosis” (Kipr)
22:30. “Milan” (İtaliya) - “Bodo Qlimt” (Norveç)
22:30. “Sankt-Qallen” (İsveç) - AEK (Yunanıstan)
22:30. LASK (Avstriya) - “Dunayska Streda” (Slovakiya)
22:45. “Riyeka” (Xorvatiya) - “Kolos” (Ukrayna)
23:00. “Sportinq” (Portuqaliya) - “Aberdin” (Şotlandiya)
23:00. “Villem II” (Niderland) - “Reyncers” (Şotlandiya)

Qeyd edək ki, ilk oyun günündə Polşa "Lex"i Kipr "Apollon"unu 5:0 hesabı ilə yenərək, pley-offa yüksəlib.

Conflict.az