Levandovski dələduzluqda ittiham edilir

İdman / Kriminal

301

Levandovski dələduzluqda ittiham edilir
Münhen “Bavariya”sının hücumçusu Robert Levandovski dələduzluqda günahlandırılır.

Bu barədə məşhur “Der Spiegel” nəşri məlumat yayıb.

Polşalı hücumçunun keçmiş agenti Sezari Kuharsk futbolçuya qarşı doqquz milyon avro məbləğində (təxminən 18 milyon AZN) təzminat tələbi ilə məhkəməyə müraciət edib.

Mənbə yazır ki, R.Levandovski “RL Management” şirkətinin vəsaitini qanunsuz olaraq ölkədən kənara çıxarıb və bu vəsaiti şəxsi məqsədləri üçün istifadə edib.

R.Levandovski təzminat tələbinin əsassız olduğunu bildirib və keçmiş agentini şantaj cəhdində günahlandırıb.

Conflict.az