Azərbaycan əmsallar cədvəlində geri düşdü

İdman

102

Azərbaycan əmsallar cədvəlində geri düşdü
Azərbaycan UEFA-nın əmsallar cədvəlində yenidən bir pillə geri düşüb.

Bu, UEFA Avropa Liqasının II təsnifat mərhələsinin oyunlarından sonra olub.

“Neftçi”nin Bakıda “Qalatasaray”a 1:3 hesabı ilə məğlub olması aktivinə cəmi 0,125 xal yazdırması deməkdir.

Bununla yanaşı, Rumıniya təmsilçisi “Styaua” Serbiyada “Baçka Topola” ilə görüşdə 6:6 hesablı heç-heçə etməklə ölkəsinin aktivinə 0.250 xal yazdırıb. Beləliklə, xal hesabını 16.325-ə çatdıran Rumıniya 25-ci pilləyə yüksəlib. 16.250 xalı olan ölkəmiz isə 26-cı yerə enib.

Conflict.az