
Türkiyə Superliqa təmsilçisi "Denizlispor"un yeni baş məşqçisi müəyyənləşib.
Klubun saytı xəbər verir ki, bu vəzifəyə "Kayserispor"dan ayrılan Robert Prosineçki təyin edilib. Xorvatiyalı mütəxəssislə imzalanan müqavilənin detalları barədə məlumat verilməyib.
Qeyd edək ki, R.Prosineçki 2014-2017-ci illərdə Azərbaycan millisini çalışdırıb.
Conflict.az