“Ən yaxşı qapıçı olduğuma şübhə yoxdur”

İdman

202

“Ən yaxşı qapıçı olduğuma şübhə yoxdur”
“Bavariya” futbol klubunun qolkiperi Manuel Noyer özünü dünyanın ən yaxşı qapıçısı hesab edir.

11freunde.de saytına müsahibə verən almaniyalı qapıçı özü barədə yüksək fikirdə olduğunu söyləyib.

“Nəzərə alsaq ki, artıq 17 yaşında deyiləm, dünyanın ən yaxşı qapıçısı olduğuma şübhə yoxdur. Hər zaman oynamağı sevirəm. Çempionlar Liqasını qazanmaq və mövsümün üçüncü kubokunun sahibi olmaq istəyirəm”, - deyə, M.Noyer açıqlamasında bildirib.

Conflict.az