Sizin reklam burada
Sizin reklam burada

Ulduz futbolçu tribunadakı davaya qoşuldu

Ulduz futbolçu tribunadakı davaya qoşuldu
“Tottenhem”in 26 yaşlı yarımmüdafiəçisi Erik Dayer “Norviç”lə qarşılaşmadan sonra tribunalara çıxaraq davaya qoşulub.

Bu barədə Haber7.com məlumat yayıb.

Dayerin tribunaya qardaşının dalaşdığını gördükdən sonra qalxdığı bildirilir.

Futbolçu tribunaya qalxarkən “o mənim qardaşımdır” - deyə səslənib.

“Tottenhem”in baş məşqçisi Joze Mourinyu görüşdən sonra keçirilən mətbuat konfransında məsələyə münasibət bildirib.

Onun sözlərinə görə, tribunadakı azarkeşlərdən biri Erik Dayerin ünvanına sərt ifadələr səsləndirib. Dayerin qardaşı yaxınlıqda olduğu üçün azarkeşlə aralarında mübahisə yaranıb və davaya çevrilib. Qardaşının dalaşdığını görən Erik Dayer isə tribunaya qalxıb.

“Erik bir peşəkarın etməməli olduğunu edib. Ancaq əgər ailənizdən birinə hücum edildiyini görürsünüzsə, sakit ola bilməzsiniz. Yenə də etdiyi yanlış idi”, - deyə baş məşqçi qeyd edib.

Conflict.az

  • Sosial şəbəkədə paylaş