“Barselona” yenidən Neymara üz tutdu

İdman

829

“Barselona” yenidən Neymara üz tutdu
“Barselona” klubunun yayda heyətinə qatmaq istədiyi ilk futbolçunun adı məlum olub.

AS nəşrinin məlumatına görə, bu, PSJ-nin hücumçusu Neymardır.

Kataloniyalılar sabiq oyunçularını qaytarmaq üçün yenidən hərəkətə keçiblər. “Barsa” hücum xəttini məhz Neymarla gücləndirmək niyyətindədir. Tezliklə qarşı tərəflə danışıqlara start veriləcək. Neymarın PSJ ilə müqaviləsinin müddəti 2022-ci ilin iyun ayına qədər nəzərdə tutulub.

Qeyd edək ki, 28 yaşlı forvard parislilərin heyətində cari mövsümdə 20 oyunda 16 qol vurub.

Conflict.az