Həyat yoldaşı Devid Bekhemi hobbisinə görə ələ saldı

İdman

892

Həyat yoldaşı Devid Bekhemi hobbisinə görə ələ saldı
Məşhur futbolçu Devid Bekhem Cimmi Fellonun axşam şousunda həyat yoldaşının onu hobbisinə görə ələ saldığını etiraf edib.

“Novosti.ua” xəbər verir ki, D.Bekhem uşaq yaşlarından LEGO konstruktoru ilə oynamağı sevir.

“Mən LEGO-nu hələ uşaq vaxtından sevdim. Səkkiz-doqquz yaşımda konstruktoru ilk dəfə gördüm və o vaxtdan ondan ayrıla bilmirəm. Viktoriya isə məni həmişə ələ salır. Birdə görürsən ki, gecə saat ikidə otağıma gəlir, mən isə hələ də oyunu bitirməmişəm”, - deyə futbolçu əlavə edib.

Bundan sonra şounun aparıcısı C.Fellon müvafiq videonu paylaşıb.

Conflict.az