Sizin reklam burada
Sizin reklam burada

“Liverpul” Premyer Liqada ardıcıl 18-ci qələbəsini qazanıb

“Liverpul” Premyer Liqada ardıcıl 18-ci qələbəsini qazanıb
İngiltərə Premyer Liqasında XXVII tur başa çatıb.

Turun son günündə bir matç baş tutub.

Çempionatın lideri “Liverpul” öz meydanında “Vest Hem”i qəbul edib. Erkən qolla hesabı mersisaydlılar ikinci hissənin əvvəlində məğlub duruma düşüblər.

Lakin cari mövsüm çempionatda uduzmayan Yurgen Kloppun yetirmələri nəinki hesabda tarazlıq yaradıb, hətta qələbə qolunu da vurub. Premyer Liqada məğlubiyyətsiz oyunlar seriyasını 44-ə çatdıran “Liverpul” ardıcıl 18-ci qələbəsini qazanıb.

Qeyd edək ki, növbəti turun oyunları fevralın 29-da və martın 1-də keçiriləcək.

İngiltərə Premyer Liqası
XXVII tur
24 fevral
“Liverpul” – “Vest Hem” – 3:2
Viynaldum, 9, Salah, 68, Mane, 81 – Diop, 12, Fornals, 54

Conflict.az

  • Sosial şəbəkədə paylaş