Sizin reklam burada
Sizin reklam burada

ABŞ klubu Lionel Messi üçün 700 milyon avro təklif edib

ABŞ klubu Lionel Messi üçün 700 milyon avro təklif edib
“Barselona”nın kapitanı Lionel Messi rəsmi transfer təklifi alıb.

MLS təmsilçisi “Los Anceles Qalaksi” Argentina millisinin üzvü ilə bağlı kataloniyalılara müraciət edib.

ABŞ klubu 32 yaşlı superulduzun keçidi üçün ispanlara sərbəst qalma məbləği olan 700 milyon avronu ödəməyə hazır olduğunu bildirib. “Los Anceles Qalaksi” rəsmisi və “Boka Xuniors”un sabiq futbolçusu Gilyermo Barros Şelottonun oğlu Messinin atası ilə əlaqə saxlayaraq, niyyətlərini ona çatdırıb.

“Barselona”da son vaxtlar rəhbərliklə arasında soyuqluq yaranan Leonun da bu variantı nəzərdən keçirməsi istisna deyil. Avropada “Barsa”dan başqa heç bir klubun formasını geyinmək istəməyən kapitan ABŞ-a köçməyin əleyhinə deyil.

Qeyd edək ki, Lionel Messi “Yuventus”un da maraq dairəsindədir.

Conflict.az

  • Sosial şəbəkədə paylaş