Çiçarito ABŞ klubunda

İdman

768

Çiçarito ABŞ klubunda"Sevilya"nın hücumçusu Xavyer Ernandes karyerasını ABŞ-da davam etdirəcək.

“Los-Anceles Qalaksi 31 yaşlı forvardla müqavilə bağlayıb. MLS təmsilçisinin rəsmi saytı transferi açıqlasa da, müqavilə müddəti və şərtləri haqda məlumat verilməyib. İspaniya mətbuatı bu transfer üçün ABŞ klubunun "Sevilya"ya 7 milyon avro ödədiyini yazıb.

Qeyd edək ki, "Sevilya" meksikalı hücumçunu ötən yay "Vest Hem"dən 8 milyon avroya transfer emişdi. Çiçarito ləqəbli futbolçu "Mançester Yunayted", "Real", "Bayer", "Vest Hem" kimi klublarda da oynayıb.

Conflict.az