"Səbail" Ukrayna klubuna uduzdu

İdman

808

"Səbail" Ukrayna klubuna uduzduTəlim-məşq toplanışını Antalyada davam etdirən “Səbail" bu gün ikinci yoxlama oyununu keçirib.

Conflict.az xəbər verir ki, Aftandil Hacıyevin komandası Ukraynanın “Olimpik” klubu ilə üz-üzə gəlib və 1:3 hesabı ilə uduzub. "Səbail"in yeganə qolunu 60-cı dəqiqədə Maykl Essyen vurub.


Yoxlama oyunu

18:00 “Səbail” – “Olimpik” (Donetsk) - 1:3
“Miracle Resort Otel”

Qeyd edək ki, “Səbail” Antalyadakı ilk sınağında Qazaxıstanın “Jetısu” klubuna 0:1 hesabı ilə uduzub. Paytaxt təmsilçisi yanvarın 21-də “Voluntari” (Rumıniya), 25-də isə “Korona” (Polşa) klubları də qarşılaşacaq.

Conflict.az