Makqreqordan Həbibə SƏRT SÖZLƏR: "Titrəyir, qorxur..."

İdman

315

Makqreqordan Həbibə SƏRT SÖZLƏR: "Titrəyir, qorxur..."İrlandiyalı UFC döyüşçüsü Konor Makqreqor dağıstanlı əlbəyaxa döyüş ustası Həbib Nurməhəmmədovun ünvanına sərt sözlər işlədib.

Publika.az xəbər verir ki, Makqreqor yutub sosial şəbəkəsində qatıldığı proqramda Nurməhəmmədovu qorxaq adlandırıb:

"O titrəyir, qisas istəmir. Dəvətimi görməzlikdən gəlir. Hər kəs istəyir, amma o istəmir. Məğlubiyyəti gözə ala bilmir. Sadəcə qorxur”.

Mütləq döyüş çempionatının (UFC) prezidenti Deyn Uayt isə hər kəsin revanş istədiyini və bunu gizlətmədiyini bildirib.