Məşhur futbolçu karyerasını bitirdi

İdman

253

Məşhur futbolçu karyerasını bitirdiİspaniyalı futbolçu David Villa karyerasına son verib.

Publika.az xəbər verir ki, Yaponiyanın "Vissel Kobe" klubunda çıxış edən 38 yaşlı hücumçu ölkə kubokunun finalında son matçında çıxıb. Görüşdə Kobe təmsilçisi "Antlers"i 2:0 məğlub edərək, kuboka sahib olub.

Qeyd edək ki, Villa karyerası ərzində "Barselona", "Atletiko", "Valensiya" kimi klublarda da oynayıb. O, 2005-2017-ci illərdə İspaniya millisinin də formasını geyinib.