Liderlik mübarizəsində meydan sahiblərindən darmadağın

İdman

302

Liderlik mübarizəsində meydan sahiblərindən darmadağınİngiltərə Premyer Liqasının 19-cu turunun mərkəzi oyununda “Liverpul” səfərdə “Lester” ilə qarşılaşıb.

Publika.az xəbər verir ki, liqada bir matçı qalan “Liverpul” ən yaxın izləyicisi olan “Lesteri”i 4-0 hesabı ilə məğlub edib.

“Liverpul”un braziliyalı hücumçusu Roberto Firmino dubla imza atıb. Trent Aleksander-Arnold və Ceyms Milner (penaltidən) fərqlənib.

“Lester”lə arasındakı xal fərqini 13-ə çıxaran “Liverpul”, 35 oyunluq məğlubedilməzlik seriyasına sahib olub və 52 xalla Premyer Liqada 1-ci yerdə qərarlaşıb.