Sizin reklam burada
Sizin reklam burada

UEFA "Düdelanj"a ultimatum verdi

UEFA "Düdelanj"a ultimatum verdiAvropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi olan "Düdelanj"ın APOEL-lə oyununun yeri dəyişdirilə bilər.

Qol.az Lüksemburq mətbuatına istinadən xəbər verir ki, buna səbəb komandanın ev oyunlarnı keçirdiyi “Jozi Bartel” stadionunun ot örtüyünün bərbad vəziyyətdə olmasıdır.
UEFA "Düdelanj"a ultimatum verdi
UEFA bununla bağlı kluba ultimatum göndərib. Klub prezidenti Romen Şumaxer ot örtüyünün dəyişdirilməsi üçün lazım olan 150 min dolların onlar üçün böyük məbləğ sayıldığını bildirib. O, bununla bağlı UEFA nümayəndələri ilə danışıqlar aparmağa çalışdığını, təbii otu 50 min avro dəyərində olan süni örtüklə əvəzləməyi təklif edəcəyini deyib.

"Düdelanj" - APOEL qarşılaşmasının ölkədən kənarda keçirilməsi ehtimalı da var. Əgər ot örtüyü ilə bağlı problem yoluna qoyulmasa, matç Kayzerslautern (Almaniya) və ya Metsdə (Fransa) oynanıla bilər.

Qeyd edək ki, "Düdelanj" - APOEL oyunu noyabrın 28-də keçiriləcək.

Xatırladaq ki, Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldo Avro-2020-nin seçmə mərhələsinin son turunda “Jozi Bartel”də Lüksemburqa qalib gəldikləri oyundan (2:0) sonra stadionun ot örtüyündən gileylənmiş, meydançanı kartof sahəsinə bənzətmişdi.

  • Sosial şəbəkədə paylaş