Messi təkcə ondan forma istəyib - Açıqlama

İdman

147

Messi təkcə ondan forma istəyib - Açıqlama"Barselona"nın futbolçusu Lionel Messi karyerası ərzində cəmi 1 dəfə rəqib oyunçudan forma istəyib.

Qol.az-ın məlumatına görə, "TyC Sports"a danışan argentinalı hücumçu həmin futbolçunun hazırda "Real"ın baş məşqçisi olan Zinəddin Zidan olduğunu deyib:

"Mən başqa oyunçulardan forma istəmirəm, adətən onları dəyişdirirəm. Amma Zidandan forma xahiş etmişəm. Ümumiyyətlə, rəqib komandalarda argentinalı oynayırsa, onlarla formamı dəyişdirirəm. Kimsə məndən xahiş etməsə, özüm heç kimlə bunu etmirəm".