"Qarabağ"la oyun üçün 18 futbolçu - APOEL-in iştirak ərizəsi

İdman

181

"Qarabağ"la oyun üçün 18 futbolçu - APOEL-in iştirak ərizəsiAvropa Liqasının qrup mərhələsinin 4-cü turunda bu gün "Qarabağ"ı qəbul edəcək APOEL-in iştirak ərizəsi müəyyənləşib.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, komandanın baş məşqçisi Tomas Doll oyunun "18-liy"inə aşağıda adları qeyd olunan futbolçuları daxil edib:

Qapıçılar: 27. Vid Beleç, 99. Boy Vaterman

Müdafiəçilər: 23. Joaozinyo, 29. Praxitelis Vouros, 30. Giorqos Merkis, 44. Nikolas Yoannu, 90. Vuyadin Saviç, 91. Draqan Mixayloviç

Yarımmüdafiəçilər: 6. Savvas Gentsoğlu, 7. Georgios Efrem, 8. Lukas Souza, 11. Musa el-Tamari, 14. Uroş Matiç, 46. Efstatios Aloneftis, 95. Alef

Hücumçular: 9. Linus Hallenius, 20. Andriya Pavloviç, 89. Roman Bezyak

Qeyd edək ki, "GSP Arena"da keçiriləcək APOEL - "Qarabağ" görüşü Bakı vaxtı ilə 21:55-də başlayacaq.