Başından xəsarət alan körpə xəstəxanada öldü

Hadisə

35

Başından xəsarət alan körpə xəstəxanada öldüBakıda xəstəxanada 3 yaşlı uşaq dünyasını dəyişib.

Hadisə oktyabrın 9-da Xətai rayonunda yerləşən Respublika Neyrocərrahiyyə Xəstəxanasında baş verib.

Belə ki, oktyabrın 3-də Qobustan rayon sakini, 2016-cı il təvəllüdlü Rasim Muradov başın əzilmiş yaraları xəsarəti ilə Qobustan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Daha sonra yaralı əvvəlcə Şamaxı Rayon Mərkəzi Xəstəxanasına, oradan da Bakıda yerləşən Respublika Neyrocərrahiyyə Xəstəxanasına aparılıb.Oktyabrın 9-da isə körpə orada ölüb.

Faktla bağlı Qobustan Rayon Prokurorluğunda araşdırılma aparılır.