Bakıda ağır qəza: yenə süpürgəçi öldü - Video

Hadisə

33

Bakıda ağır qəza: yenə süpürgəçi öldü - Video09:06

Bakının Heydər Əliyev prospektində, “Koroğlu” metrostansiyası yaxınlığında qəza hadisəsi baş verib.

Axar.az xəbər verir ki, Heydər Əliyev prospekti ilə hava limanı istiqamətində hərəkətdə olan avtomobil süpürgəçi qadını vurub.

Hadisə yerində polis araşdırma aparır.

3 saylı Şəhər Xəstəxanasından verilən məlumata görə, xəsarət alan süpürgəçi sürücü tərəfindən xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Qadının üzərində sənədləri olmadığı üçün hazırda kimliyi müəyyənləşdirilir.