Sizin reklam burada
Sizin reklam burada

Bakıda 65 yaşlı qadını avtomobil öldürdü

Bakıda 65 yaşlı qadını avtomobil öldürdüHadisə Ziya Bünyadov prospektində qeydə alınıb

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.

Hadisə paytaxtın Nərimanov rayonu, Ziya Bünyadov prospektində qeydə alınıb. Şəhər sakini, 1965-ci il təvəllüdlü Füzuli Məmmədovun idarə etdiyi "Mercedes" markalı atvomobil yolu keçmək istəyən, 1954-cü il təvəllüdlü Solmaz Dadaşovanı vurub. Qadın xəstəxanaya aparılarkən yolda ölüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci (yol nəqliyyat hadisəsi törəmək, zərərçəkənin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham verilib.

  • Sosial şəbəkədə paylaş