Keçmiş FHN əməkdaşı qadının başına oyun açdı - MƏHKƏMƏ

Hadisə

28

Keçmiş FHN əməkdaşı qadının başına oyun açdı - MƏHKƏMƏBakıda vətəndaşın 72 min manatını dələduzluqla ələ keçirməkdə təqsirləndirilən Fövqəladə Hallar Nazirliyinin keçmiş əməkdaşı İbrahim Bağırovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.



Bakupost.az-ın məlumatına görə, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.



Cinayət işi hakim Əhməd Quliyevin icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı açıqlanmayıb.




Qeyd edək ki, cinayət işi üzrə zərərçəkən şəxs qismində Qaratel Əhmədova tanınıb.




İ.Bağırov Fövqəladə Hallar Nazirliyinin keçmiş əməkdaşı olub.




O, qadının yaxın qohunlarını nazirliklərdə işə düzəldəcəyi vədini verərək onlardan külli miqdarda pul alıb. Lakin verdiyi vədə əməl etməyərək qadının 72 min manatını mənimsəyib.