Sizin reklam burada
Sizin reklam burada

20 gündür itkin düşən ana və qızı tapıldı

20 gündür itkin düşən ana və qızı tapıldıQusarda 20 gün əvvəl itkin düşən ana və azyaşlı qızı tapılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Teleqraf.com-a verilən məlumata görə, Xaçmaz rayonu Zuxuloba kənd sakini, 32 yaşlı Rima Talıbova avqustun 25-i səhər saatlarında azyaşlı qızı ilə birlikdə Qusar rayonunun Aşağı Ləgər kəndində yaşayan anasıgilə gedəcəyini bildirərək evdən çıxıb və bir daha geri qayıtmayıb.

Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində Rima Talıbova və azyaşlı qızı sentyabrın 14-də Qusar rayonu ərazisində tapılaraq ailəsinə təhvil verilib.

  • Sosial şəbəkədə paylaş