Sumqayıt yolunda avtoşluq etdi, qəzaya düşdü - Video

Hadisə

176

Sumqayıt yolunda avtoşluq etdi, qəzaya düşdü - VideoÖtən gün Sumqayıt-Bakı yolunda ağır qəza baş verib.

Publika.az xəbər verir ki, yol boyu avtoşluq edən "Opel Astra" markalı avtomobilin sürücüsü yüksək sürətlə qəza törədib. Nəqliyyat vasitələrini soldan və sağdan ötərək təhlükəli manevr edən sürücü yolun daralan hissəsində qəzadan yayına bilməyib. Minik avtomobili öz yolu ilə hərəkət edən yük maşınına çırpılıb.

Tanınmış radio aparıcısı, "Avtostop" verilişinin müəllifi Tural Yusifov qəzanı əks etdirən videonu səhifəsində paylaşıb. Həmin görüntüləri təqdim edirik: