Sizin reklam burada
Sizin reklam burada

Mərdəkanda dəhşətli qəza: Ölən və yaralananlar var

Mərdəkanda dəhşətli qəza: Ölən və yaralananlar varBakının Xəzər rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, hadisə rayonun Mərdəkan qəsəbəsi ərazisində qeydə alınıb.

Bakı şəhər sakini F.Məmmədov idarə etdiyi “Volkswagen” markalı avtomobili yol ayırıcısına vurub.

Nəticədə sərnişini olan paytaxt sakini İsmayıl Şükürlü hadisə yerində ölüb, sürücü isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Xəzər rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

  • Sosial şəbəkədə paylaş