“Chevrolet” yük avtomobili ilə toqquşdu: ölən var

Hadisə

160

“Chevrolet” yük avtomobili ilə toqquşdu: ölən varYevlax rayonunun Aşağı Qarxun kəndində “Chevrolet” markalı minik avtomobili və yük avtomobili toqquşub.

Fövqəladə Hallar Nazirliyinin rəsmi saytı xəbər verir ki, hadisə yerinə cəlb olunan Aran Regional Mərkəzinin xilasetmə qüvvələri deformasiyaya uğrayan minik avtomobilində sıxılı vəziyyətdə qalan sürücünün meyitini (şəxsiyyəti dəqiqləşdirilir) nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.