Sizin reklam burada
Sizin reklam burada

Xalq artisti Əjdər Həmidov qəzaya düşdü

Xalq artisti Əjdər Həmidov qəzaya düşdüTovuzda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

Conflict.az-ın APA-ya istinadən məlumatına görə, avtoqəza Heydər Əliyev prospekti ilə Mərdan Musayev küçəsinin kəsişməsində qeydə alınıb.

Bildirilir ki, yol qəzası zamanı "Chery Tiggo", "Mercedes Vito" və "VAZ 2107" markalı avtomobillər toqquşub. Hadisə nəticəsində xəsarət alan olmasa da, nəqliyyat vasitələrinə ziyan dəyib.

Yol qəzasının səbəbləri hazırda polis tərəfindən araşdırılır.

Qeyd edək ki, "Chery" markalı avtomobili xalq artisti, aktyor Əjdər Həmidov idarə edirmiş.

  • Sosial şəbəkədə paylaş