Ekskavator su kanalına düşdü, sürücü canından oldu - Bədbəxt hadisə

Hadisə

81

Ekskavator su kanalına düşdü, sürücü canından oldu - Bədbəxt hadisəİmişli rayonunda ekskavator su kanalına düşüb, sürücü ölüb.

Hadisə ötən gün səhər saatlarında Ağsu-Kürdəmir-Bəhrəmtəpə avtomobil yolunun İmişli rayonunun Telişli kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, həmin kəndin sakini, 1984-cü il təvəllüdlü Zamin Şahin oğlu Cavadlı idarə etdiyi 33-AT-623 dövlət nömrə nişanlı DOOSAN markalı ekskavatorla hərəkətdə olarkən idarəetməni itirib və ekskavator yoldan çıxaraq su kanalına düşüb.

Hadisə nəticəsində sürücü suda boğulub.

Faktla bağlı araşdırma aparılır.
(report)