Sizin reklam burada
Sizin reklam burada

Abşeron və Sumqayıtda elektrik enerjisi kəsildi

Abşeron və Sumqayıtda elektrik enerjisi kəsildi2019.07.31. 23:21

Abşeron rayonunda və Masazır qəsəbəsində dünən gecə baş verən qəza səbəbindən elektrik enerjisinin verilişində yaranan fasilə operativ şəkildə aradan qaldırılıb.

Bunu Axar.az-a açıqlamasında Azərişıq ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib. O bildirib ki, hazırda ölkə boyu dayanıqlı elektrik enerjisi təchizatı tam təmin edilib:

“Ötən gecə baş verən qəzadan dərhal sonra əməkdaşlarımız və texnikamız hadisə yerinə yollandı. Görülən operativ işlər nəticəsində qısa zamanda qəzanın nəticələri aradan qaldırıldı və istehlakçılar fasiləsiz elektrik enerjisi ilə təmin edildi”.

Qeyd edək ki, ötən gecə Xırdalan elektrik yarımstansiyasından çıxan və Quşçuluq massivini, Abşeron rayonu Masazır qəsəbəsini, Məhəmmədi kəndini, Sumqayıtın Yaşıldərə yaşayış massivini qidalandıran 6 və 10 kVt-luq hava ötürücü xəttin zədələnməsi nəticəsində sözügedən ərazilərdə elektrik enerjisi bir neçə saat müddətində kəsilib.

  • Sosial şəbəkədə paylaş