AZAL təyyarəsinin pəncərəsi sındı, 12 saat ləngidi

Hadisə

67

AZAL təyyarəsinin pəncərəsi sındı, 12 saat ləngidiAzərbaycan Hava Yolları QSC-nin (AZAL) ötən gün saat 13:20-də, “J2 076” reysi üzrə Türkiyənin İstanbul şəhərindən Bakıya uçmalı olan sərnişin təyyarəsi təxminən 12 saat gec yola düşüb.

Report-un məlumatına görə, buna səbəb təyyarənin pəncərəsinin sınması olub.

Son nəticədə avialayner havaya bu gecə saat 01:10-da qalxıb və saat 03:20-də Heydər Əliyev Beynəlxalq Aeroportuna enib.

AZAL-ın mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski faktı təsdiq edib.

Xatırladaq ki, “J2 076” reysi üzrə uçuşlar "Airbus A340-500” markalı təyyarələrlə həyata keçirilir.