Gənc qız 64 yaşlı qadını qatarın altına itələdi - Video

Hadisə / Video

120

Gənc qız 64 yaşlı qadını qatarın altına itələdi - VideoKanadada gənc xanım 64 yaşlı qadını qatarın altına itələyib.

Qatar uzaqda və sürəti yavaş olduğundan maşinist onu vaxtında saxlaya bilib.

Kanadanın Alberata əyalətinin Kalgari şəhərində meydana gələn hadisə haqqında yerli media məlumat yayıb. Stephanie Lee Favel adlı xanım 64 yaşlı Rozaliya Meici qatar reyslərinin üzərinə itələyib. Hadisə zamanı yaşlı qadının yaralandığı və hərəkət qabiliyyətini itirdiyi məlum olub.

Məhkəmə qarşısına çıxarılan gənc xanım cinayətini boynuna alıb, amma bunu nədən etdiyi haqda suala cavab verə bilməyib. Məhkəmə gənc xanımı 5 il müddətinə azadlıqdan mərhum edib.

Hadisənin video görüntüləri də məhkəmə prosesi zamanı ortaya qoyulub. Videodan açıq görünür ki, gənc xanın yaşlı qadının yanında dayanır, qatar stansiyaya daxil olduqda isə qəfil qadını reyslərin üzərinə itələyir. Bu əsnada stansiyadakı polislər gənc xanımı saxlayır.