Sumqayıt sakininin barmağından çıxmayan üzüyü üçün FHN çağırıldı

Hadisə / Video

116

Sumqayıt sakininin barmağından çıxmayan üzüyü üçün FHN çağırıldıSumqayıtda yaşayan İmamqulu Yusifov adlı şəxsin başına iş gəlib
Hər gün barmağında olan üzük əlinin şişməsi nəticəsində ona narahatlıq yaradıb.


Üzüyü çıxara bilməyən gəncin köməyinə həkimlər və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları çatıb.

Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasının həkimləri üzüyün kəsilərək çıxarılmasını məsləhət görüblər. Həkimlər üzüyü çıxarmağa çalışıb, amma texniki avadanlıqlar işə yaramayıb. Sonra əraziyə çağırılan FHN-nin Sumqayıt Regional Mərkəzinin Xüsusi Riskli Xilasetmə hissəsinin əməkdaşları barmaqda üzüyü çıxarmağa müvəffəq olublar.

Xilasedicilər xüsusi alət və avadanlıqların köməkliyi ilə gəncin barmağından üzüyü çıxarıblar. Üzükkəsmə əməliyyatı uğurla başa çatıb. İmamqulu Yusifovun kəsilmiş barmağı sarılıb.

Qeyd edək ki, bu barədə görüntülər “Xəzər” TV-də yayımlanıb.

Conflict.az