Sizin reklam burada
Sizin reklam burada

Bakıda gecəyarı basqın: Ev sahibi öldürüldü

Bakıda gecəyarı basqın: Ev sahibi öldürüldüBakının Sabunçu rayonunda qətl hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, Daxili İşlər Nazirliyinin “102 – Zəng Mərkəzi” Xidmətinə iyunun 6-da, gecə saat 1 radələrində Zabrat qəsəbəsində yaşayan Rəşid Qasımovun evinə gəlmiş şəxsin ona bıçaqla çoxsaylı xəsarətlər yetirib, sonra hadisə yerini tərk etməsi və ev sahibinin hadisə yerində ölməsi barədə məlumat daxil olub.

Dərhal Sabunçu rayonunun polis və prokurorluq orqanlarının əməkdaşları hadisə yerinə gəlib, müvafiq tədbirlər həyata keçirilib.

​Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində münaqişə zəminində bu cinayət əməlini törətməkdə şübhəli bilinən Bərdə rayon sakini C.Babaşov müəyyən edilib.

C.Babaşov polis əməkdaşları tərəfindən Bərdə rayonu ərazisində saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı cinayət işi başlanıb.

  • Sosial şəbəkədə paylaş