Paytaxtın mərkəzində anbar yandı

Hadisə

117

Paytaxtın mərkəzində anbar yandıPaytaxtın Xətai rayonunda yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Modern.az-a verilən məlumata görə, ümumi sahəsi 600 kvadratmetr olan istifadəyə yararsız anbarın yanar konstruksiyaları və içərisində taxta tullantıları 120 kvadratmetr sahədə yanıb.


Məlumata görə, anbarın qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.