Sizin reklam burada
Sizin reklam burada

VAZ və "Mersedes" toqquşdu: ölən var

VAZ və "Mersedes" toqquşdu: ölən varAbşeron rayonunda ağır yol qəzası baş verib.

Trend-in məlumatına görə, hadisə Qaradağ rayonu, Qobu qəsəbəsində qeydə alınıb.

Qaradağ rayonu, Lökbatan qəsəbə sakini, 1969-cu il təvəllüdlü Fərəcov Nazim Gülverdi oğlu idarə etdiyi VAZ-2107 markalı avtomobillə Abşeron rayonu, Qobu qəsəbəsində hərəkətdə olarkən Qurbanməhəmmədov Mövləddin Aslan oğlunun idarə etdiyi "Mersedes" markalı avtomobillə toqquşub.

Hadisə nəticəsində N.Fərəcov ölüb, M.Qurbanməhəmmədov isə xəsarət alıb.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsində cinayət işi başlanıb.

  • Sosial şəbəkədə paylaş