Bakıda Mədəniyyət Evində yanğın - YENİLƏNİB 2

Hadisə

92

Bakıda Mədəniyyət Evində yanğın - YENİLƏNİB 2Xəbər verdiyimiz kimi Bakının Yasamal rayonunda yanğın olub.

BakuPost xəbər verir ki, hadisə Mədəniyyət Evinin elmi-metodiki mərkəzində qeydə alınıb.

Tarixi bina kimi Mədəniyyət Nazirliyinin balansında olub. Hazırda yanğın söndürülüb.

* * *

Bakının mərkəzində binalardan birində yanğın baş verib.

Yanğın Bəşir Səfəroğlu küçəsində yerləşən binalardan birində baş verib.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumatına görə, hadisə paytaxtın Yasamal rayonu, Bəşir Səfəroğlu küçəsində baş verib. Yasamal Rayon Mədəniyyət Evinin elmi-metodiki mərkəzinin 3 mərtəbəli binasında qəfil yanğın başlayıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadaları cəlb edilib. Artıq binadakı yanğın söndürülüb. Hadisə nəticəsində mərkəzin 50 kv.metrlik sahəsi yanıb, binanın qalan hissəsi yanğından mühafizə olunub.

* * *

Bakının mərkəzində binalardan birində yanğın baş verib.

Yanğın Bəşir Səfəroğlu küçəsində yerləşən binalardan birində baş verib. (Trend)