Yevlaxda yanğın - Bir neçə evə ziyan dəydi

Hadisə

87

Yevlaxda yanğın - Bir neçə evə ziyan dəydiYevlaxda yanğın baş verib.

Hadisə axşam saatlarında rayonun Çənlibel qəsəbəsində qeydə alınıb.

Qəsəbənin İsrafil Məmmədov küçəsində və ona bitişik qamışlıq sahədə başlayan yanğın geniş əraziyə yayılıb. Nəticədə 3 fərdi həyət sahəsinin hasarı və bir evin damı yanğından zərər görüb. Bir neçə şəxs tüstüdən və həyəcandan narahatlıq keçirib. Onların arasında iki hamilə qadın da olub.

Yanğının söndürülməsi üçün əraziyə FHN-in üç briqadası cəlb olunub. Yanğın söndürülüb və alovun yayılmasına imkan verilməyib. (ONA)